logo

Saatlı rayon sakinlərindən 3 kq marixuana götürülüb

16:57 26-10-2021 | icon 1715
Saatlı rayon sakinlərindən 3 kq marixuana götürülüb

Saatlı rayon sakinləri, əvvəllər məhkum olunmuş - Şirinbəyli kənd sakini E.Həsənov və Qara Nuru kənd sakini N.Abıyev Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, axtarış zamanı E.Həsənovdan 195 qram, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 140 qram, N.Abıyevdən isə 7 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.