Həkəri və Bərgüşad çaylarının üzərində su anbarlarının tikiləcək
Həkəri və Bərgüşad çaylarının üzərində su anbarlarının tikilməsi planlaşdırılır. Bununla bağlı layihələr işlənilir.
YeniAvropa xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov məlumat verib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərimiz həm təbii ehtiyatlar, biomüxtəliflik, meşə ərazilərinin bolluğu, həm də su ehtiyatları baxımından çox zəngin bölgədir: "Azərbaycanda formalaşan su ehtiyatlarının təqribən 20 faizi məhz işğaldan azad olunan ərazilərin payına düşür.
Bölgənin ən gursulu çayları ilə əhatə olunan Qubadlı rayonu ərazisindən iki çay keçir. Bu çaylardan ən böyüyü Bərgüşad çayı, ikincisi isə Həkəri çayıdır ki, o da Bərgüşad çayının qoludur. Həkəri çayının Bərgüşad çayının qolu hesab edilməsinin əsas səbəbi Bərgüşad çayının daha uzun və bolsulu olması ilə əlaqədardır. Həkəri çayı öz başlanğıcını Laçın rayonu ərazisindən götürür. Çayın uzunluğu 113 kilometrdir, orta illik su sərfi 10.7 kubmetr/saniyəyə yaxındır. Həkəri çayının ən böyük qolu Zabux çayıdır.
Bərgüşad çayı isə öz başlanğıcını Bazarçay adı ilə Kəlbəcər rayonu ərazisindən götürür, Ermənistan ərazisindən keçir və Qubadlı ərazisində Həkəri çayla birləşərək Zəngilan rayonunda Araz çayına tökülür. Bərgüşad çayının uzunluğu 158 kilometr, orta illik su sərfi 20,1 kubmetr/saniyəyə yaxındır. Hər iki çay Araz çayının qollarıdı"r.
V.Kərimov bildirib ki, hər iki çay su ehtiyatları baxımından çox zəngindir və onların Azərbaycanın ümumi su ehtiyatlarına əlavə olunması həmin ərazilərin, eyni zamanda, qonşu ərazilər olan Cəbrayıl, Ağdam, Füzuli rayonlarındakı əkin sahələrinin suvarılmasında, eləcə də yeni salınacaq Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin əhalisinin içməli su ilə təminatında böyük əhəmiyyət kəsb edəcək. Həmin çayların üzərində iki su anbarının tikilməsi də planlaşdırılır. Bununla bağlı layihələr işlənilir.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək