logo

Bakıda yanacaqdoldurma məntəqəsində yanğın olub

15:15 26-10-2021 | icon 6076
Bakıda yanacaqdoldurma məntəqəsində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın yanacaqdoldurma məntəqəsinin ərazisində bir dam altında tikilmiş birmərtəbəli, ümumi sahəsi 500 kvadratmetr olan və müxtəlif təyinatlı obyektlərin (avtoyuma məntəqəsi, avtomobil təmir sexləri, anbar) fəaliyyət göstərdiyi tikililərdən birində baş verib. Yanğın nəticəsində sahəsi 130 kvadratmetr olan rəngləmə sexinin lambirindən ibarət tavanı və arakəsmə divarın 20 kvadratmetri yanıb. Yüksək temperaturdan təmirə dayanan “Hyundai” markalı minik avtomobilinin qapısı qarsalanıb. Obyektin qalan hissəsi, təmirə dayanan avtomobillər və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.