Xəzər rayonu Binə qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Zaur Ələkbərov qəsəbə sakini M.Əhmədovun idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu ilə vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, hadisə nəticədə piyada yerindəcə ölüb.
Hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.