Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 73 min 177 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,4, qızların xüsusi çəkisi isə 46,6 faiz olub. Körpələrdən 1862-si əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Səkkiz ay ərzində ölkədə 48 min 633 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,3 təşkil edib.