logo

Deputat "Facebook"dakı səhvlərə görə gülüş hədəfi oldu-sürücüsünü işdən çıxardı

20:15 25-10-2021 | icon 1988
Deputat "Facebook"dakı səhvlərə görə gülüş hədəfi oldu-sürücüsünü işdən çıxardı

Milli Məclisinin deputatı Cavanşir Paşazadənin "Facebook"da yazdığı statusdakı qrammatik səhvlər şəbəkə istifadəçilərinin gülüş hədəfi olub.

YeniAvropa xəbər verir ki,  Cavanşir Paşazadə Özbəkistanda keçirilən prezident seçkisində müşahidəçi qisməndə iştirak edib.

Bununla bağlı etdiyi paylaşımda isə ciddi qrammatik səhvlərə yol verib. İstifadəçilərin tənqidindən sonra isə C.Paşazadə statusu silib.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri ötən gün keçirilib.

0-0-0

Məsələyə Cavanşir Paşazadənin köməkçisi Sulduz Ağayev aydınlıq gətirib.

“O statusu Cavanşir müəllimin sürücüsü Camal yazıb. Hörmətli deputatımız fikrini dedi, o da telefonda müəllimin səhifəsinə yazdı. Burada nə deputatın, nə də köməkçinin rolu var. Sürücü də tələskənliyindən belə texniki xətalara yol verib. Bu yanlışlığına görə sürücü işdən çıxarılıb. Belə səhvlər hamıda ola bilər, şişirtməyə ehtiyac yoxdur. Şəxsiyyət bir vergüllə ölçülmür”,-deyə o, bildirib..