logo

NATO-nun dəstəyi ilə AMEA-da  beynəlxalq konfrans keçiriləcək

18:28 25-10-2021 | icon 1778
NATO-nun dəstəyi ilə AMEA-da  beynəlxalq konfrans keçiriləcək

Oktyabrın 27-29-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans keçiriləcək.

İnstitutdan YeniAvropa-ya bildirilib ki, tədbirdə “Kritik infrastrukturların kibertəhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə təhsil: proqramlar və laboratoriyalar”, “Həssaslığın təhlili, yoxlanılması və risk menecmenti”, “Hücumların aşkarlanması, təsirinin azaldılması və qarşısının alınması” və s. istiqamətlər üzrə müzakirələr aparılacaq.

Üç gün davam edəcək tədbirdə Türkiyə, ABŞ, Kanada, Polşa, Ukrayna, İsveç, Qazaxıstan və digər ölkələri, eləcə də müvafiq beynəlxalq təşkilatları təmsil edən alim və mütəxəssislər iştirak edəcəklər.