Mərmərə dənizində iki yük gəmisi toqquşub.
YeniAvropa Türkiyə mətbuatına istinadla xəbər verir ki, gəmilərdən biri zədələnib və su buraxmağa başlayıb. Hər iki layner Çanaqqalanın Lapseki rayonundakə limana aparılıb.
Qəzaya uğrayan "Benitamou" gəmisi Ukraynadan Çinə, "BC Vanessa" adlı gəmi isə Bolqarıstandan Misirə doğru hərəkət edirmiş. Qəza Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonu ilə Tekirdağın Şarköy rayonları arasındakı Doğanarslan bölgəsində baş verib.
Hadisənin bölgədəki qatı duman səbəbindən baş verdiyi ehtimal edilir.
İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan olmayıb.