Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb, onlardan 200-dən çoxu saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə yerli NAN agentliyi məlumat yayıb.
Daha əvvəl "Punch" qəzeti Nigeriyanın cənub-qərbindəki həbsxanaya silahlı hücum edildiyini və məhbusların sərbəst buraxıldığını bildirmişdi.
Məlumata görə, silahlı şəxslərlə həbsxana mühafizəçiləri arasında toqquşma baş verib, sonra məhbuslar dinamitdən istifadə edərək divarı dağıdıb və qaçıblar.