logo

Veteran cüdoçumuz dünya çempionatında qızıl medal qazanıb

17:22 23-10-2021 | icon 3094
Veteran cüdoçumuz dünya çempionatında qızıl medal qazanıb

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında təmsilçimiz qızıl medal qazanıb.

 YeniAvropa  xəbər verir ki, cüdoçumuz Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Tural Səfquliyev (M-1, 100 kq) yarışda bürünc medal əldə edib. Komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Oktyabrın 24-dək davam edəcək dünya çempionatında 43 ölkədən 350-dən çox idmançı iştirak edir.