Almaniyanın Federal kansleri Angela Merkel Avropa İttifaqı Şurasının sammitində sonuncu dəfə iştirak edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Merkel avropalı həmkarları qarşısında çıxışında bu sammitin ondan ötrü yəqin ki, Avropa Şurasının sonuncu tədbiri olduğunu deyib. O, yekun mətbuat konfransında KİV nümayəndələrinə müraciətlə onunla “gecə-gündüz əməkdaşlıq etdiklərinə görə” hamıya təşəkkürünü bildirib.
Jurnalistlərin hesablamalarına görə Angela Merkel öz siyasi karyerası müddətində Avropa İttifaqının 107 sammitində iştirak edib.
Hazırda Almaniyada Merkelin varisliyinə ən ehtimallı namizəd kimi Olaf Şoltsun adı çəkilir.