logo

AQTA “Milla”nın 13 ton süd məhsulunu poliqonunda yandırtdırdı

21:41 22-10-2021 | icon 2947
AQTA “Milla”nın 13 ton süd məhsulunu poliqonunda yandırtdırdı

Azərbaycanda iri süd məhsulları istehsalçılarından olan şirkətlərdən birinin istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulları məhv edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırılıb.