logo

Telman İsmayılova Monteneqroda siyasi sığınacaq verildi

19:49 22-10-2021 | icon 1988
Telman İsmayılova Monteneqroda siyasi sığınacaq verildi

Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Azərbaycan əsilli iş adamı Telman İsmayılov bu ölkədən siyasi sığınacaq alıb.

 YeniAvropa xəbər verir ki, bu barədə onun vəkili Marina Rusakova bildirib.

Hüquqşünas bildirib ki, onun müvəkkili ekstradisiya izolyatorundan buraxılıb, çünki Monteneqroda siyasi sığınacaq alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.

T.İsmayılovun vəkili bildirib ki, onun müvəkkili ittihamların heç birində özünü təqsirkar bilmir: “Telman saxlanılarkən onun üstündə siyasi sığınacaq üçün müraciət etdiyini təsdiqləyən sənəd olub. Odur ki, onun saxlanılması qanunsuzdur. Yalnız bu məsələ yoxlanılandan sonra T.İsmayılovun təhvil verilməsi məsələsinə dair qərar veriləcək”.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.