Rusiya paytaxtında qeydə alınan güclü qasırğa, Kremlin divarına ziyan vurub.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıblar.
Xəbərdə bildirilir ki, güclü külək konstruksiyanı divara çırpıb və nəticədə divarın bir neçə “diş”i (maşikul) dağılıb.
Bundan əlavə, Kremlin divar boyu əkilmiş ağaclar da ziyan görüb.