logo

Dünyanın ən hündür müşahidə çarxı Dubayda istifadəyə verilib-250 metr

15:22 22-10-2021 | icon 2758
Dünyanın ən hündür müşahidə çarxı Dubayda istifadəyə verilib-250 metr

Dubayda dünyanın ən böyük müşahidə çarxı istifadəyə verilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, “Ayn Dubai” müşahidə çarxı Mavi su adasında inşa edilib və kondisionerlə təchiz edilmiş 48 kabinədən ibarətdir. Bundan başqa, 250 metr hündürlükdə olan bu konstruksiyaya eyni vaxtda 1750 nəfər minə biləcək. “Ain Dubai”in təxminən 38 dəqiqə davam edəcək hər turunda səyahətçilərə 360 dərəcəlik fasiləsiz şəhər mənzərəsi təqdim olunacaq.

Müşahidə çarxının üzərində quraşdırılmış LED lampalar sayəsində axşam turu daha əsrarəngiz olacaq. Eyni zamanda, VIP kabinələrdə müştərilərə iaşə xidməti də göstəriləcək. Müşahidə çarxının ətrafında incəsənət festivalları və sərgilərin təşkili də nəzərdə tutulur.

Axşam saatlarında müşahidə çarxının istifadəyə verilməsi münasibətilə atəşfəşanlıq keçirilib.