Əhalinin banklarda olan əmanətləri sentyabr ayında 3,1 faiz (263,4 milyon manat) artaraq 8 milyard 663,6 milyon manat təşkil edib (2019-cu ilin oktyabr ayından ən yüksək göstərici).
YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Qeyd edilib ki, bu statistikaya sahibkarlıqla məşğul olan fiziki şəxslərin əmanətləri daxil deyil.