Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunun barıt sexində baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, dəqiqləşdirilmiş məlumata əsasən həlak olanlardan 12-sinin cəsədləri aşkarlanıb.
Təcili xidmət orqanlarından bildiriblər ki, zavodun barıt sexi partlayıçılar istehsalı və döyüş sursatlarının utilizasiyası ilə məşğul olan kompaniyaya məxsusdur.
Zavod yaşayış məntəqəsindən iki kilometr aralıda yerləşdiyindən əhali üçün təhlükə yoxdur.