Qazaxıstanın "Kayrat" komandasını Bakıdan aparan təyyarə qəzaya uğrayıb.
YeniAvropa "Sports.ru"ya istinadən xəbər verir ki, hadisə Almatı beynəlxalq aeroportunda baş verib. "FlyJet" aviaşirkətinə məxsus təyyarə "Renault" avtomobili ilə toqquşub.
Toqquşmadan sonra Almatı klubunun üzvləri 1 saatdan artıq müddətdə təyyəradə qalaraq evakyasiya üçün qəza xidməti əməkdaşlarını gözləməli olublar.
Hadisənin təfərrüatları öyrənilir. Faktla əlaqədar Qazaxıstan CM-nin 344-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) ilə cinayət işi qaldırılıb, istintaq araşdırmaları aparılır.
Qeyd edək ki, oktyabrın 21-də "Kayrat" Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçında "Qarabağ"ın qonağı olub. Görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb-2:1.