Vahid Ələkbərov "Yelo Bank"ın yeni baş ofisinin açılışında iştirak edib
Oktyabrın 20-də "Yelo Bank" ASC-nin yeni baş ofisinin rəsmi açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə bankın bütün səhmdarları, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi, eləcə də digər rəsmi şəxslər iştirak edib.
Bakı şəhəri, Yasamal rayonu, Həsən bəyZərdabi prospekti 81K ünvanında yerləşən müasir ofis binası bankın yeni "Parlaq Bankçılıq" konsepsiyasına uyğun olaraq təmir edilib.
Bina geniş ofis sahəsi, rahat iş yerləri, böyük akt zalı, kitabxana, idman zalı və yeməkxana da daxil olmaqla öz funksionallığı ilə seçilir. Qeyd olunanların hamısı əməkdaşlara iş məsələlərini həll etməklə bərabər, ünsiyyət, sosiallaşma , qarşılıqlı əlaqə və görüşlər üçün də imkan yaradır.
Açılışda çıxış edən Vahid Ələkbərov bu ilin əvvəlindən həyata keçirilən yeni strategiyanın düzgünlüyünə əminliyini bildirib və Bankın yüksək maliyyə göstəricilərinin də bunun sübutu olduğunu ifadə edib: “Yelo Bank" missiyası həm kiçik və orta sahibkarlığa dəstək göstərməkdən, həm də Azərbaycan əhalisinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etməkdən ibarət olan müasir bir brenddir.
Bu gün gördüyümüz hər bir şey komandanın peşəkarlığını sübut edir. Yelo Bank rəhbərliyi və kollektivini bu əlamətdar hadisə münasibəti ilə bir daha təbrik edirəm, hər kəsə uğurlar və qoyulmuş hədəflərə çatmağı arzulayıram".
AMB-nin sədri Elman Rüstəmov yeni baş ofisin açılışı münasibətilə bank kollektivini təbrik edib və rebrendinq prosesindən sonra "Yelo Bank"ın əldə etdiyi nəticələri yüksək qiymətləndirdiyini bildirib.
"Yelo Bank"ın Müşahidə Şurasının sədri Marina Kulişova uzun müddətdir gözlənilən yeni baş ofis açılışının Bankın rebrendinq prosesinin məntiqi nəticəsi olduğunu qeyd edib: "Baş ofis istənilən təşkilatın ürəyi və beyin mərkəzidir. Əsas sərvətimiz burada çalışan əməkdaşlar olduğundan, komandamız üçün ən rahat şəraitin yaradılmasına xüsusi diqqət yetirdik".
"Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov baş ofis açılışının yeni strategiyanın həyata keçirilməsində növbəti addım olduğunu təsdiqləyib: “Bank xidmət səviyyəsində artıq keyfiyyətcə yeni mərhələyə çatıb. Yeni strategiyamıza əsasən iqtisadiyyatın real sektorunu dəstəkləməyə davam edəcəyik. Həmçinin, müştərilərimizin bank təcrübəsini təkmilləşdirmək üçün yeni innovativ həllər axtararaq pərakəndə bankçılığı da fəal şəkildə inkişaf etdirəcəyik.
Əsas strateji biznes hədəflərimizin reallaşdırılmasında Banka göstərdiyi əvəzsiz dəstəyə görə çox hörmətli Vahid Ələkbərova təşəkkür etmək istəyirəm”.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb