Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Oktyabrın 19-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib.
YeniAvropa xəbər verir ki, forumda hər iki tərəfdən İKT, tikinti, qida və sair sahələrdə fəaliyyət göstərən 50-dək iş adamı iştirak edib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan-Slovakiya əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirilib ki, Slovakiya şirkətləri ölkəmizdə sənaye, tikinti və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında enerji, humanitar, turizm və sair sahələrdə də tərəfdaşlıq inkişaf edir.
Nazir müavini Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verib, slovakiyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib.
Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişlənməsində maraqlı olduğunu vurğulayıb. İvan Korçok ölkəsinin iqtisadiyyatı barədə məlumat verib, sahibkarların iştirakı ilə keçirilən bu cür tədbirlərin işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib.
AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev xarici investisiyaların təşviqi məqsədilə rəhbərlik etdiyi qurum tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə danışıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın xarici iş adamlarına və investorlara ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb