logo

MEDİA-nın Müşahidə Şurası bundan sonra 4 üzvdən ibarət olacaq

15:20 19-10-2021 | icon 1750
MEDİA-nın Müşahidə Şurası bundan sonra 4 üzvdən ibarət olacaq

“Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında dəyişiklik edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvlərinin sayı 6-dan 4-ə endirilib. Agentliyin İcraçı direktorunun müavinlərinin sayı isə 2-dən 1-ə endirilib.

Agentliyə qurumun strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi ilə bağlı yeni səlahiyyət verilib.