logo

Kəlbəcərdə yol çəkilişində üstünə qaya parçası düşən ekskavatorçu ölüb

11:10 19-10-2021 | icon 5012
Kəlbəcərdə yol çəkilişində üstünə qaya parçası düşən ekskavatorçu ölüb

Kəlbəcər rayonunda yol çəkilişi zamanı ekskavatorun üzərinə qaya parçaları düşüb.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən YeniAvropa-ya bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.