logo

Bəxtiyar Hacıyev PA qarşısında intihara cəhd etdi-polisə aparıldı

19:28 18-10-2021 | icon 2016
Bəxtiyar Hacıyev PA qarşısında intihara cəhd etdi-polisə aparıldı

İctimai fəal Bəxtiyar Hacıyev oktyabrın 18-də Prezidentin Administrasiyasının qarşısında intihara cəhd edib. Ancaq Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları onu saxlayaraq polisə təhvil veriblər.

YeniAvropa xəbər verir ki, bu barədə Bəxtiyar Hacıyev "Meydan TV"yə müsahibəsində məlumat verib. Bildirib ki, hakimiyyətin ona qarşı etdiyi mənəvi terrora və buna görə hüquq-mühafizə orqanlarına müraciətlərinə baxılmaması belə bir sərt addım atmağa sövq edib: "Mən hüquqi müstəvinin tükəndiyini düşünüb bu addımı atdım".

Bəxtiyar Hacıyevpaytaxtın Səbail rayon Pİ-nin 9-cu bölməsinə aparılıb və orada  izahat verib: "Həmin rayonun prokurorluunun müstəntiqi məndən izahat aldı və şikayətlərimin araşdıracağını, sadəcə, bir neçə gün səbr etməyini istədi. Ondan sonra sərbəst buraxıldım".

Bəxtiyar Hacıyevin sözlərinə görə, ona qarşı əvvəlki münasibət dəyişməyəcəyi təqdirdə, bugünkü adımları yenə təkrarlayacaq: "Əgər hüquq yolu tükənibsə, ya cinayətə əl atmalısan, ya terror, yaxud özünə qəsd etməlisən.Mən də cəmiyyət üçün ən az zərərli olanı seçdim-özümə qəsd etdim".

Bəxtiyar Hacıyev oktyabrın 7-də polis tərəfindən fiziki təzyiqə məruz qaldığını bildirib . О, qarşılaşdığı vəziyyətlə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Xatırladaq ki, Harvard universitetinin məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilərək hərbi xidmətdən yayınma ittihamı ilə 2 il azadlıqdan məhrum olunub. Bir il sonra Bəxtiyar Hacıyev Али Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyətini sərt tənqid edir.