Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1681 yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 500 min 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 min 639 nəfər müalicə olunaraq sağalıb, 6 min 746 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 926 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 168, bu günə qədər isə ümumilikdə 5 milyon 14 min 141 test icra olunub.