Bakı Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar vətəndaşlara müraciət edib.
İdarədən YeniAvropa-ya verilən məlumata görə, yanğınla əlaqədar olaraq Ağa Nemətulla, Təbriz küçələrinin kəsişməsində və Fətəli Xan Xoysi küçəsi istiqamətində hərəkət məhdudlaşdırılıb.
“Vətəndaşlara müraciət edirik ki, qeyd olunan ərazilərə şəxsi minik vasitələri ilə hərəkət etməsinlər. Həmin istiqamətlərdəki yollar yanğının fəsadlarının aradan qaldırılmasınadək bağlı olacaq", - deyə BDYPİ-dən məlumat verilib.