Oktyabrın 14-də saat 18 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboy rayon Borsunlu kəndində vida mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, vida mərasimində şəhidin yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.
Vida mərasimindən sonra şəhid Əfqan Həmzəyev Borsunlu kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Goranboy rayon Borsunlu kəndində anadan olan 19 yaşlı Əfqan Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib və onun həqiqi hərbi xidməti başa vurmağa 6 ay qalıbmış