Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Məmmədov Namin Ruslan oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hadisə oktyabrın 14-də axşam saatlarında qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.