Ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Paytaxtın Binəqədi rayonu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qalid Ağalarovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində ona məxsus mebel sexində, eləcə də Balakən rayon sakini Ramiz Seyidovun idarə etdiyi yük avtomobilində “Meşə məhsullarının buraxılış orderi”– meşə bileti olmadan işlik material şəklində qanunsuz kəsilmiş fıstıq və qoz cinsindən olan ağaclar aşkarlanıb və bunun nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 39 min manat məbləğində ziyan vurulub.
Bundan başqa, Zaqatala rayonunun Makov kənd sakini Muhuma Qardaşovun 2020-ci və 2021-ci illərdə faktiki olaraq cəmi 3 ədəd “Meşə məhsullarının buraxılış orderi” əsasında meşədən işlik material gətirməsinə baxmayaraq, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilərək, Mohuma Qardaşovun adına 12 ədəd əlavə order yazılaraq 110 kubmetrdən çox məhsulunun meşədən çıxarılması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması İstintaq idarəsinə həvalə olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək