logo

"OBA” marketin daha bir filial müdirinə cinayət işi açılıb

10:55 15-10-2021 | icon 2044
"OBA” marketin daha bir filial müdirinə cinayət işi açılıb

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “OBA Market” MMC-nin satış əməliyyatları şöbəsinin “OBA” marketlər şəbəkəsinin Lənkəran filialında mənimsəmə faktı ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Lənkəran rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırma zamanı həmin filialda satıcı-kassir, əmək müqaviləsinə əlavə ilə administrator vəzifəsində işləmiş Elxan Cəfərzadənin 2017-ci il martın 28-dən 2018-ci il mayın 21-dək olan müddətdə Cəmiyyətə məxsus qeyri-qida məhsullarını kassadan kənar şəkildə müxtəlif şəxslərə və ticarət obyektlərinə sataraq əldə etdiyi 73 min 907 manat məbləğində pul vəsaitini xəzinəyə ödəməyərək özünün şəxsi ehtiyacları üçün sərf etdiyi müəyyən olunub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.