Paytaxtın Nərimanov rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.
Qeyd edilib ki, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar oktyabrın 15-də gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.