İsmayıllıda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə analoji cinayət əməli ilə məşğul olduğu üçün məhkum olunmuş Mican kənd sakini Xəyyam Əhmədov tutulub.
Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində gəzdirdiyi 47 büküm heroin aşkarlanıb.
Əməliyyat zamanı isə rayon sakini Əli Osmanov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman sellofan bükümdə narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.