"Azercell" "Tokio-2020"nin qaliblərini təbrik etdi
"Tokio-2020" Yay Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya Komandalarının Məğrur Tərəfdaşı kimi çıxış edən "Azercell" ölkəmiz üçün böyük uğurla nəticələnən bu əhəmiyyətli yarışın medalçılarını bir araya toplayaraq təbrik edib.
YeniAvropa xəbər verir ki, ötən gün "Azercell" şirkətinin prezidenti Zərinə Zeynalova, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin iştirakı ilə keçirilən görüşə "Tokio-2020" Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı olan idmançılar da qatılıb.
Tədbirdə qonaqları salamlayan "Azercell" şirkətinin prezidenti Z. Zeynalova öz çıxışında bildirib ki, 23 olimpiyaçı və paralimpiyaçılarımızın müxtəlif idman növlərində toplam olaraq 26 medal qazanması ölkəmiz üçün böyük bir fəxrdir: “Yarışlara qatılan və mükafat alan bütün idmançılarımız, xüsusilə də bu il rekord sayda qızıl medal qazanaraq Azərbaycanın adını 10 lider ölkə sırasına daxil edən paralimpiyaçılarımzla qürur duyur, onları ürəkdən təbrik edir və müvəffəqiyyətlər arzulayıram! "Tokio-2020" çərçivəsində "Azercell"-iMəğrur Tərəfdaş kimi dəvət edən AzərbaycanMilli Olimpiya Komitəsinə və Milli Paralimpiya Komitəsinəəməkdaşlığagörə təşəkkür edirəm!”
Tədbirdə, həmçinin, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da söz alaraq ölkəmizdə olimpiya və paralimpiya hərəkatlarına olan dəstəyə görə təşəkkürünü bildiriblər. Ç.Hüseynzadə qeyd edib ki, Olimpiya və Paralimpiya Komandasının "Tokio-2020" Oyunlarındakı iştirakı və yarışların nəticələrinin Azərbaycan, eyni zamanda dünyaya çatdırılmasında ölkənin bir nömrəli mobil operatoru olan "Azercell" şirkətinin böyük zəhməti var.
Tədbirdə bütün qalib idmançılara “Azercell Telekom” adından sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, "Tokio-2020" Olimpiya və Paralimpiya oyunlarında Azərbaycanın Milli Olimpiya yığması 3 gümüş və 4 bürünc medal, Milli Paralimpiya Yığması isə 14 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.Ümumilikdə, Azərbaycan idmançıları ölkəmizə 14 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdıblar.
Məlumat üçün bildirək ki, "Azercell" 2004-cü ildə Afinada keçirilən yay oyunlarında Azərbaycanın Milli Olimpiya Yığmasının tərəfdaşı olmuşdur. Bundan başqa, "Azercell" 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin sponsorudur.Bu komitədə yetişmiş idmançılar ayrı-ayrı illərdə ölkəmizə beynəlxalq turnirlərdə müxtəlif medallar qazandırıblar.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb