Oktyabrın 12-də saat 17 radələrində Lənkəran rayonunun Şilavar kənd sakini 1959-cu il təvəllüdlü Mirtağı Nəsirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, araşdırmalarla müəyyənləşdirilib ki, Mirtağı Nəsirov yaşadığı evin yaxınlığında olan ağacdan dəmir parçasından istifadə etməklə meyvə dərərkən həmin dəmir parçası elektrik naqilinə toxunduğu üçün o elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.