logo

Şamaxıda saxta "COVID-19" pasportu satan həkimlərə cinayət işi açılıb

09:31 13-10-2021 | icon 1869
Şamaxıda saxta "COVID-19" pasportu satan həkimlərə cinayət işi açılıb

Şamaxı rayon Mərkəzi Xəstəxanasında COVID-19 əleyhinə vaksinasiya ilə bağlı saxta sənədlərin tərtib edilməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, araşdırma ilə həmin xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunmaları barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən olunması məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.