Dekabrın 8-9-da Bakıda V Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasından bildirilib. Qeyd edilib ki, “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda keçiriləcək forum “MasterCard” tərəfdaşlığı ilə baş tutacaq.
Forumda “Rəqəmsal bank”, “Hər cihazda bankçılıq”, “Platforma bankçılığı və rəqəmsal ekosistem”, “İnnovativ ödəniş ekosistemi”, “Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol”, “Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr”, “Təkmilləşən ekommersiya: artan tələb”, “Komplaynsa fokuslanma”, “Distant bankçılıq: təhlükəsiz identifikasiya”, “Yeni normal: yeni kibertəhlükəsizlik trendləri” mövzuları ətrafında müzakirələr aparılacaq.