logo

Lerikdə dağ uçqunu magistral yoldan təmizlənib

16:58 12-10-2021 | icon 1799
Lerikdə dağ uçqunu magistral yoldan təmizlənib

Lerik-Kəlvəz yolunun 10-cu kilometri qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.

 YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. 

Xatırladaq ki, oktyabrın 12-də səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrində qaya uçqunu hadisəsi baş verib. Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdı.

Dərhal hadisə yerinə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunmuşdu.