logo

Qəbələdə karantin qaydalarını pozan toy sahibi cərimələnib

14:58 12-10-2021 | icon 1995
Qəbələdə karantin qaydalarını pozan toy sahibi cərimələnib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya bildirilib ki,rayonun Yenikənd, Zalam və Nohurqışlaq kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən çox qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyənləşib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Allahverdi İsmayılov, Əhmədiyyə Salahov və Etibar İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.