Azərbaycan neftinin qiyməti cari ildə rekord vurmaqda davam edir.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,11 dollar artaraq 85,89 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, son iki ildə Azərbaycan neftinin maksimum satış qiyməti bu il oktyabrın 6-da qeydə alınıb. Azərbaycan neftinin bir barreli 2019-cu il aprelin 26-dan bəri ilk dəfə rekord qiymətə - 85,15 dollara satılıb.
Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.