Şeyxülislam Allahşükür Paşazadə Moskvada Patriarx Kirill və erməni katolikosu II Qareginlə görüşəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.
YeniAvropa xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.
Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.
Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.
Qeyd edək ki,şeyxülislam Allahşükür Paşazadə bu gün Rusiya paytaxtına səfərə yollanıb.