AYİB-in Azərbaycan ofisinə yeni rəhbər təyin edilib
Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) Bakı şəhərində yerləşən ölkə nümayəndəliyinə yeni rəhbər təyin edilib.
YeniAvropa xəbər verir ki, bu barədə AYİB-in yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, bundan sonra Kamola Mahmudova Bankın ölkədəki investisiya və əməliyyatlarına nəzarət edən cavabdeh şəxs olacaqdır. O, bu vəzidfədə İvana Duarteni əvəzləyəcək.
"Mən EBRD-nin portfelində "yaşıl" keçid flaqmanı olmaq üçün tam potensiala malik Azərbaycan kimi ölkədə Bankın əməliyyatlarına rəhbərlik etməkdən məmnunluq duyuram. "Yaşıl" keçid hər bir ölkə üçün böyük çağırışdır və biz bu səylərin həyata keçirilməsi istiqamətində Azərbaycana kömək edə bilərik. Məqsədimiz özəl sektora prioritet verilməklə, uzunmüddətli və səmərəli maliyyənin təmin edilməsindən ibarətdir",-deyə xanım Mahmudova bildirib.
Özbəkistan və Böyük Britaniya vətəndaşı olan K.Mahmudova bundan əvvəl AYİB-in "Ticarətin Asanlaşdırılması Proqramı"nda (TAP) rəhbər vəzifələrdə çalışıb. Xanım Mahmudova 2009-cu ildən Bankın Yaxın Şərq, Şimali Afrika və Kipr regionlarında genişlənməsinə rəhbərlik edərək qlobal missiyanı yerinə yetirib. O, ticarətin maliyyələşdirilməsinin inkişafı, uyğunluq və müxbir bankçılığın rəqəmsallaşdırılması istiqamətində Beynəlxalq Ticarət Palatası, Dünya Ticarət Təşkilatı və Beynəlxalq Valyuta Fondu ilə siyasətlərin müəyyən olunması üzrə dialoqlarda aparıcı rol oynayıb.
K.Mahmudova karyerasına "ABN AMRO Bank"da başlamış, daha sonra "Sumitomo Mitsui Bank Korporasiyası"na keçərək korporativ bankçılıq sahəsində çalışıb. Onun dövlət və özəl sektorda geniş bankçılıq və infrastruktur təcrübəsi ilə yanaşı, kompleks strategiya və əsas donorların idarə edilməsi istiqamətində dərin bilikləri də mövcuddur. TAP-ın rəqəmsallaşdırılması ilə bağlı fəaliyyəti sayəsində EBRD çox uğurlu, beynəlxalq səviyyədə akkreditasiya olunmuş "Ticarətin Maliyyələşdirilməsi Elektron Təhsil Proqramı"nın işlənib hazırlanması mümkün olub. 9 000-dən çox tələbəyə malik olan bu proqram ticarətin maliyyələşdirilməsi sahəsində dünyada ən böyük təlim proqramıdır.
AYİB Azərbaycanda mühüm institusional investor olmaqla, bu günədək ölkədə 177 layihənin icrasına dəyəri 3,2 mlrd avrodan çox investisiya yatırıb. Bankın əsas fəaliyyət istiqaməti ölkənin qeyri-neft sektoru, yerli bankların gücləndirilməsi və "yaşıl" iqtisadiyyatda investisiyaların təşviq edilməsidir.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb