logo

Ana həbsdə olan oğluna poçtla psixotrop maddə göndərdi

13:11 11-10-2021 | icon 1701
Ana həbsdə olan oğluna poçtla psixotrop maddə göndərdi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 və 11 saylı cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş və 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əhməd Yadigar oğlu Əhmədovla qısamüddətli görüşə gəlmiş anası Sumqayıt şəhər sakini Təranə Hacalı qızı Vəliyeva tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Sovqatdakı qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş mobil telefon aparatı aşkarlanıb.

Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elsevər Tofiq oğlu Şükürova anası Gəncə şəhər sakini Leyla Carçı qızı Şükürova tərəfindən poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman oradakı qış gödəkçəsinin astar hissəsində xüsusi üsulla tikilərək gizlədilmiş və ümumi çəkisi 0,040 qram olan psixotrop maddə - metadon həbi aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.