Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, telefon söhbəti zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.
Bildirilir ki, Türkiyənin dövlət başçısı rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin doğum günüdür.Onun 69 yaşı tamam olub.