Qəbələdə meşədə 62 fıstıq ağacını kəsən dəstə üzvləri yaxalanıb
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı daha bir əməliyyat keçiriblər.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qəbələ rayonundakı meşə sahələrində qiymətli ağac növlərinin qanunsuz kəsilməsi barədə əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə hərtərəfli araşdırılıb və nəzarətə götürülüb.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində Qəbələ rayonunun Bum və Həmzəli kəndlərinin ətrafındakı meşə massivlərindən ümumilikdə 62 fıstıq ağacının kəsildiyi müəyyənləşdirilib. Aparılan araşdırmalar zamanı həmin ağacların Qəbələ rayon sakinləri Adil Cabbarov və Qasım Qasımovun başçılıq etdiyi dəstə tərəfindən kəsildiyi məlum olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxslər və onlara ağacların kəsilməsində yaxından kömək edən dəstənin digər üzvləri saxlanılıb. Adil Cabbarov və Qasım Qasımov, eləcə də qeyrilərinin qanunsuz əməlləri təkzibedilməz faktlarla sübuta yetirilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları yaş halda kəsiblər və onlar həmin oduncaqların satışını təşkil etmək istəyiblər.
Faktlarla bağlı Adil Cabbarov və Qasım Qasımov barələrində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Hazırda həmin faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların kəsilməsində əli olan dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək