Məhkəmədə şahid XİN-dəki oğurluq puldan ona cəmi 2% çatdığını dedi
Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
YeniAvropa xəbər verir ki, prosesdə şahidlər dindirilib. Şahid qismində dindirilən Cavanşir Məmmədov ifadəsində istintaq zamanı DTX-ə çağırıldığını, dindirildiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Şirkətlərlə əməliyyatı yaradılan gündən özüm etmişəm. Məndən başqa heç kimin imzası olmayıb. Səhv etdiyimi bilirəm. O puldan mənə iki faiz çatıb. Ümumilikdə isə yeddi min manat çatıb".
Tərəflərin suallarını cavablandıran şahid dəftərxana işi ilə məşğul olduğunu açıqlayıb:" Məni Asəflə bankda işləyən Rövşən Məmmədov tanış etmişdi". Səlim Əlizadə məhkəməyə bildirib ki, qonaqların qəbul olunması və hədiyyələrin alınması şöbəsinə nazirliyin əməkdaşı Həsənov Asif müəllim (rəhmətə gedib - red.) baxıb.
Daha sonra şahid Azər Əliyev ifadə verib. O, müqavilə əsasında nazirliklərlə işlədiyini, çap işləri ilə məşğul olduğunu deyib: "Mən "A dizayn" və "M dizayn" şirkətlərinə rəhbərlik etmişəm. 2015-ci ildə "A dizayn" təsis edilib. Xarici İşlər Nazirliyi ilə müqavilə əsasında işləmişik və bir neçə tenderlərdə qalib olmuşuq".
Şahid 2011-2014-cü illərdə keçirilən tenderlərdən əldə olunan məbləği çap məhsullarına verdiyini açıqlayıb: "Ümumilikdə 456 min manatlıq tenderlərin qalibi olmuşuq. Bundan əlavə, 2015-2017-ci illərdə keçirilən 512 manatlıq tenderin qalibi olmuşuq. Pulun hamısını çap məhsullarına vermişik. Səlim Əlizadə və Fərhad Mollazadəni elə nazirlikdən tanımışam".
Tərəflərin suallarını cavablandıran şahid tenderdə qalib olduğuna görə S.Əlizadəyə 61 min manat verməsini açıqlayıb: "Müqaviləni nazirliyin işlər idarəsi müdiri ilə bağlamışdım".
Digər şahid Aleksandr Qriqoriyev ifadəsində Xarici İşlər Nazirliyi ilə 5 il əməkdaşlıq etdiyini deyib: "Mən kartriclərin təmiri və doldurulması ilə məşğul olmuşam. Pulu nağd almışam. Müqavilə bağlamamışam. Pulu mənə Səlim Əlizadə verirdi".
Şahid qismində dindirilən Nicat Ələkbərov ifadəsində deyib ki, özünün xəbəri olmadan onun adına 5 şirkət təsis edilib və pul əməliyyatları həyata keçirilib: "Taksi sürücüsüyəm, həm də su filtrlərinin satışı ilə məşğul oluram. Təqsirləndirilənləri tanımıram. Bir dəfə istintaqa çağırılmışam. Adıma şirkət açıldığını bilməmişəm. Mənim xəbərim olmayıb. Rövşən adlı şəxs həmin şirkətin adından pul çıxarıb".
Məhkəmə prosesi oktyabrın 13-də davam edəcək.
İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq, müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham irəli sürülüb. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra isə məhkəmə onları ev dustaqlığına buraxıb.
"Budyo-Qlimt"in digər rəqiblərdən üstün cəhətləri çoxdur-Qurban Qurbanov
Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək