logo

Azərbaycan nefti rekord vurmaqda davam edir - 85,15 $ !

10:56 06-10-2021 | icon 3801
Azərbaycan nefti rekord vurmaqda davam edir - 85,15 $ !

Azərbaycan neftinin qiyməti bahalaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,59 dollar artaraq 85,15 dollar təşkil edib.

Qeyd edək ki, son iki ildə Azərbaycan neftinin maksimum satış qiyməti bu il sentyabrın 27-də qeydə alınıb. Azərbaycan neftinin  bir barreli 2019-cu il aprelin 26-dan bəri ilk dəfə rekord qiymətə - 80,77 dollara satılıb.  

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.