logo

İranın XİN başçısı Moskvada Lavrovla Cənubi Qafqazı müzakirə edəcək

09:32 06-10-2021 | icon 2877
İranın XİN başçısı Moskvada Lavrovla Cənubi Qafqazı müzakirə edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdillahian oktyabrın 6-da Moskvaya rəsmi səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

YeniAvropa  İranın İRNA rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, görüş zamanı Əfqanıstan, Cənubi Qafqaz, Yəmən, və Yaxın Şərqdəki siyasi proseslər müzakirə olunacaq.

Görüşdə həmçinin İranın nüvə proqramına dair məsələyə də toxunulacaq.