logo

Türkiyədə baş verən zəlzələlər dəniz vulkanlarını aktivləşdirib

14:10 05-10-2021 | icon 2786
Türkiyədə baş verən zəlzələlər dəniz vulkanlarını aktivləşdirib

Egey dənizində son zamanlar ard-arda baş verən yeraltı təkanlarla bağlı Türkiyənin zəlzələ üzrə mütəxəssisi, ali geofizika mühəndisi professor Övgün Ahmet Ercan açıqlama verib.

YeniAvropa xəbər verir ki,  mütəxəssis adıçəkilən dənizdə meydana gələn yeraltı təkanların həm çoxluğu, həm də gərginliyi baxımından Türkiyənin, xüsusilə Qərbi Anadolu bölgəsinin risk altında olduğunu bildirib.

Açıqlamalarında bir neçə gün əvvəldən bir çox zəlzələni proqnozlaşdıran mütəxəssis bu təkanların dəniz vulkanlarının aktivləşməsinə də səbəb olduğunu deyib.

Bildirib ki, normalda Qərbi Anadolu bölgəsi üçün zəlzələ ehtimalı bütün ölkədə baş verə biləcək yeraltı təkanların 33 faizini təşkil edir. Lakin son zamanlar bu ehtimallar artaraq Şimali Anadolunu keçib. Belə ki, Şimali Anadoluda baş verə biləcək zəlzələ ehtimalı 52 faizdir.