logo

Hulusi Akar gürcü həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib

12:25 05-10-2021 | icon 2674
Hulusi Akar gürcü həmkarı ilə regiondakı vəziyyəti müzakirə edib

Tbilisidə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar oktyabrın 5-də Gürcüstanın müdafiə naziri Cunaşer Burçuladze ilə görüşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,görüşdə Türkiyə ilə Gürcüstan arasında əməkdaşlıq, hərbi-texniki, hərbi təhsil və birgə hərbi təlimlərin təşkili məsələləri müzakirə olunub.

Tərəflər regiondakı mövcud vəziyyəti də müzakirə edib, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması, qorunması sahəsində həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.