Energetika sahəsində əməkdaşlığa dair Azərbaycan-Çexiya sazişi imzalanıb
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, imzalanma mərasimindən əvvəl energetika naziri Pərviz Şahbazovla Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek arasında görüş keçirilib. Çexiya ilə enerji əməkdaşlığının neft-qaz və bərpa olunan enerji istiqamətləri üzrə inkişafı üçün imkanlardan bəhs edən nazir Pərviz Şahbazov xüsusilə, Xəzər dənizini Avropa ilə birləşdirən “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinin aşağı karbonlu təbii qaz üzrə əməkdaşlığa yol açacağına toxunub. Nazir, eyni zamanda, bərpa olunan enerji sahəsində həyata keçirilən və hərraclara çıxarılması planlaşdırılan ümumi gücü 700 MVt olan layihələr barədə məlumat verərək, Çex şirkətlərini bu prosesdə iştiraka dəvət edib.
Xarici işlər naziri Yakub Kulhanek də ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün enerji əməkdaşlığının mühüm rol oynadığını qeyd edib. Ölkəsinin biznes dairələrinin mövcud imkanları qiymətləndirməsinin vacibliyini bildirib.
Müzakirələrdən sonra energetika sahəsində əməkdaşlığa dair sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert imzalayıblar.
Saziş energetika sahəsində neft-qaz, neft-kimya, bərpa olunan enerji, o cümlədən bioenerji istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsini və müvafiq təsərrüfat subyektləri arasında hər iki ölkənin milli qanunvericiliklərinə uyğun olaraq əlaqələrin qurulmasını nəzərdə tutur. Həmçinin üçüncü ölkələrlə energetika sahəsində birgə layihələrin həyata keçirilməsinə dəstək də ifadə olunur. Bundan başqa, sənəd yaşayış sektorunda və iri enerji tutumlu müəssisələrdə enerji səmərəliliyi və enerjiyə qənaət üzrə əməkdaşlığın inkişafını, qarşılıqlı məlumat və təcrübə mübadiləsi, təlimlər, birgə seminar, konfrans və forumların keçirilməsi kimi məsələləri əhatə edir. Sazişə əsasən, energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun yaradılması da planlaşdırılır.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb