logo

Azərbaycanla Türkiyə filiz yataqlarını birgə istismar edəcəklər

18:33 30-09-2021 | icon 2989
Azərbaycanla Türkiyə filiz yataqlarını birgə istismar edəcəklər

Azərbaycan və Türkiyə arasında filiz yataqlarının tədqiqi və istismara verilməsi ilə bağlı müqavilələr imzalanıb.

YeniAvropa xəbər verir ki, sentyabrın 30-da iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin “Cengiz Holding” şirkətinin İdarə Heyətinin sədri Mehmet Cengiz arasında Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi və istismara verilməsi barədə müqavilələr imzalanıb.